Türkiyədə meşə yanğını olub


  • 1 Avqust 2024 13:00

Türkiyənin Çankırı şəhərində meşə yanğını başlayıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Çankırı valiliyi məlumat yayıb.

Məlumata görə, Çankırının Bayramören rayonunda bir evdə baş verən yanğın böyüyərək meşəlik əraziyə keçib.

Əraziyə xeyli sayda yanğınsöndürən və 1 helikopter cəlb olunub.

Yanğın nəticəsində meşə sahəsinə ciddi ziyan dəyib.

Hazırda yanğın nəzarətə götürülüb, ərazidə soyutma işləri aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər