- 16 Mart 23:10
Türkiyənin Afyonkarahisar şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afyonkarahisarın Emirdağ rayonunda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarma və polis qrupları sövq edildi.
Yaralılar təcili yardımla Afyonkarahisardakı xəstəxanalara çatdırılıb.
Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə