Muğlada 24 qanunsuz miqrant xilas edilib


  • 2 Avqust 2024 09:39

Türkiyənin Muğla şəhərində 24 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Muğlanın Marmaris sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə qrupları göndərilib.

Komandalar 5-i uşaq olmaqla 24 qeyri-qanuni miqrantı xilas edib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər