Məzmuna keç

Yunanıstanda meşə yanğını başlayıb

Yunanıstanın paytaxtı Afina yaxınlığında baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

E-huquq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Koropi adlı ərazidə başlayan yanğının söndürülməsi üçün 85 yanğınsöndürən, 25 maşın, 2 təyyarə və 5 helikopter cəlb olunub.

Rəsmilər Euboea, Attica, Corinth və Argolida bölgələrində yaşayan əhaliyə yanğınla bağlı xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə