- 00:30
Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Avcılar adlı ərazisində yerləşən 3 mərtəbəli mebel fabrikində naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.
Bir müddət sonra yanğının qarşısı alınıb.
Fabrikdə soyutma işləri davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə