Nigeriyada etiraz aksiyalarında 17 nəfər ölüb


  • 2 Avqust 16:35

Nigeriyada qiymət artımlarına qarşı etiraz aksiyalarında 17 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaların keçirildiyi bəzi ərazilərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Nəticədə 17 nəfər həyatını itirib, onlarla insan yaralanıb, xeyli sayda binalar yandırılıb.

Qeyd edək ki, Nigeriyada dünən başlayan etirazlar səbəbilə bəzi əyalətlərdə komendant saatı elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər