Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Türkiyənin Sinop şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinopun Boyabat rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Yaralılar Sinop Atatürk Dövlət Xəstəxanasına və Boyabat Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə