- 11:10
İranda anomal istilər səbəbindən 1 günlük tətil elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Hökumətinin İnformasiya Şurası məlumat yayıb.
Qərara əsasən, Tehran və Əlborz əyalətlərində bütün dövlət qurumları və banklar bir günlük fəaliyyətini dayandırıb.
Ölkənin 13 əyalətində isə dövlət qurumları və banklar 06.00-10.00 saatları arasında xidmət göstərəcək.
Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatır.
Şəbnəm Mehdizadə