Məzmuna keç

Adanada təkrar emal müəssisəsində yanğın baş verib

Türkiyənin Adana şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Seyhan rayonunda yerləşən təkrar emal müəssisəsində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə