Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-nın daha bir üzvünü zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Eziz Qabar" kod adlı terrorçu Serdar Sönmezin Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşdığı müəyyən edilib.
O, İraqın şimalında Hakurk əməliyyat bölgəsində həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Terrorçunun 2014-cü ildə terror təşkilatına üzv olduğu bəlli olub.
Şəbnəm Mehdizadə
