Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, 12 nəfər yaralanıb

Türkiyənin Tekirdağ şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tekirdağın Saray rayonunda fəhlələri daşıyan xidməti mikroavtobus ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib.

Yaralılar Çerkezköy Dövlət Xəstəxanasına çatdırılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə