Məzmuna keç

Mahmud Abbas Moskvaya səfər etdi

Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində o avqustun 13-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Müzakirələrin əsas mövzusunu ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyət təşkil edəcək.