Muğlada 114 qanunsuz miqrant saxlanılıb


  • 15 Avqust 12:20

Türkiyənin Muğla şəhərində 114 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Ortaca və Marmaris sahillərində xilasedici sallarda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinin qayıqları göndərilib.

Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 6 xilasedici salda 101 qeyri-qanuni miqrant xilas edilib.

Bodrum sahillərində isə 13 qanunsuz miqrant qruplar tərəfindən xilas edilib.

Eyni ərazidə Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-15) tərəfindən aşkarlanan rezin qayıqda 16 qeyri-qanuni miqrant yaxalanıb.

Miqrant qaçaqmalçılığında şübhəli bilinən bir nəfər isə saxlanılıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər