Məzmuna keç

Nigeriyada bu il 39 nəfər meymunçiçəyinə yoluxub

Nigeriyada bu il 39 nəfər mpox ("meymunçiçəyi") virusuna yoluxub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris məlumat verib.

O, bildirib ki, ilin əvvəlindən ölkənin müxtəlif ştatlarında 39 yoluxma faktı aşkarlanıb.

Direktor hələlik virusdan ölüm hadisəsinin qeydə alınmadığını bildirib.

Onun sözlərinə görə, Nigeriya hökuməti xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq addımlar atır.

Şəbnəm Mehdizadə