Türkiyənin Tokat şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Tokatın Erbaa rayonunda D-100 magistral yolunda baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar Erbaa Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
