Məzmuna keç

Livanın bütün ərazisində elektrik enerjisi kəsildi

Livanın bütün ərazisində elektrik enerjisini kəsilib, əsas infrastruktur obyektləri yanacaq çatışmazlığı səbəbindən elektrik enerjisindən məhrub qalıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Lebadon24” məlumat yayıb.

“Zavod ehtiyatlarının tamamilə tükənməsi səbəbindən elektrik şəbəkəsi tamamilə sıradan çıxıb və bu, bütün Livanda enerji təchizatının dayandırılmasına səbəb olub”, – məlumatda deyilir.