İtaliyada turistləri daşıyan gəmi batıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan gəminin batması nəticəsində 7 nəfər itkin düşüb.
İndiyədək gəmidə olan 22 nəfərdən 15-i xilas edilib.
İtkin düşən turistlərin 2-si Britaniya-Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşıdır.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Şəbnəm Mehdizadə
