Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 14 nəfər saxlanılıb

Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olan 14 əcnəbi vətəndaş yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı məlumat yayıb.

Məlumata görə, Komandanlığın əməkdaşları qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə şəhərdə yoxlamalar aparıb.

Lalapaşa və Meriç rayonlarında aparılan yoxlamalar zamanı 14 qeyri-qanuni immiqrantı yaxalayıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə