İranda pakistanlıları daşıyan avtobus ağır qəzaya uğrayıb.
E-huquq.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, Yəzd əyalətinin Dehşir-Teft magistralında avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yəzd vilayətinin polisi Hacı Dehabadi bildirib ki, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.
Yaralılardan 14-nün vəziyyətinin ağır olduğu bildirilib.
Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün İrana gedirmiş.
Şəbnəm Mehdizadə
