Məzmuna keç

Bosniya və Herseqovinada məktəbə silahlı hücum: 3 nəfər ölüb

Bosniya və Herseqovinada məktəbə silahlı hücum edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər veri ki, Bosniya və Herseqovinanın Sanski Most şəhərindəki orta məktəbə edilən hücum nəticəsində 3 nəfər həyatını itirib.

Hücumu törədən şəxsin özünə atəş açaraq intihara cəhd etdiyi bildirilib.

Hücum zamanı bir müəllimin ağır yaralandığı açıqlanıb.

Şəbnəm Mehdizadə