Avqustun 21-də İran Parlamenti səsvermə zamanı Prezident Məsud Pezeşkian tərəfindən təqdim olunmuş Nazirlər Kabinetinin yeni tərkibini demək olar tam şəkildə təsdiq edib.
E-huquq.az xəbər verir ki, İran Məclisi yeni Nazirlər Kabinetinə bütün namizədləri təsdiq edib.
Abbas Araqçi 244 səs toplayaraq İranın xarici işlər naziri, İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasir Xemmati – iqtisadiyyat naziri, Mohsen Paknejad isə neft naziri təyin edilib.
Bir gün əvvəl İran Prezidenti parlamentin onun təqdim etdiyi nazirlərin hamısını təsdiq edəcəyinə inandığını bildirib.
