Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla 17 vilayətdə keçirilən "Gürz-9" əməliyyatlarında 65 nəfərin saxlanıldığını bildirib.
"Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə aparacağıq" – nazir bildirib.
Şəbnəm Mehdizadə
