Məzmuna keç

Pavel Durov 12 cinayət əməlində ittiham olunur

“Telegram”ın yardıcısı Pavel Durov 12 cinayət törətməkdə ittiham olunur.

E-huquq.az xəbər verir ki, bu haqda Paris prokurorluğundan bildirilib.

Məlumatda həmçinin ona qarşı cinayət işinin iyulun 8-də açıldığı açıqlanıb.

Qeyd edək ki, “Telegram”ın yardıcısı Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.

Paris prokurorluğunun yaydığı məlumatda deyilir: “Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”.