Məzmuna keç

Qanunsuz yolla Yunanıstana getməyə çalışan 37 nəfər saxlanılıb

Türkiyənin Balıkesir şəhərində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getmək istəyən 37 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesirin Ayvalık adlı ərazisində Sahil Mühafizəsi Səyyar Radarı (MORAD-12) tərəfindən rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.

Sahil Təhlükəsizlik qrupları qayığı dayandırıb və 37 qeyri-qanuni immiqrantı yaxalayıb.

Miqrantlar Balıkəsir Köçmə İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə