Məzmuna keç

Sudanda bənd uçub: 30 nəfər ölüb

Sudanda Arbaat bəndinin uçması nəticəsində 30 nəfər ölüb.

E-huquq.az xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının Sudandakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Məlumata görə, Port Sudandan təxminən 38 kilometr şimal-qərbdə yerləşən Arbaat bəndi güclü yağışlar nəticəsində uçub.

Bəndin uçması nəticəsində yaranan seldə 30 nəfər ölüb, bəndin ətrafındakı 20 kənd tamamilə dağılıb, 70-ə yaxın kəndə ciddi ziyan dəyib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Seldən zərər çəkənlərin təcili su, qida və sığınacağa ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.

Şəbnəm Mehdizadə