Məzmuna keç

ABŞ-da istidən ölüm halları 2023-cü ildə rekord həddə çatıb

ABŞ-da istidən ölüm halları 2023-cü ildə rekord həddə çatıb

E-huquq.az Journal of American Medical Association (JAMA) jurnalına istinadən xəbər verir ki, alimlər 1999-2023-cü illər arasında isti havanın səbəb olduğu ölüm hadisələri barəsində araşdırma aparıblar.

Tədqiqatçılar hesabat dövründə ən isti il kimi qeydə alınan 2023-cü ildə 2325 nəfərin öldüyünü qeyd edib.

Bu sözügedən dövrün ən yüksək göstəricisi kimi qiymətləndirilib.

2004-2010-cu illərdə temperaturun artması səbəbindən ölümlərin sayı nisbətən azalıb.

Şəbnəm Mehdizadə