Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Bakırköy adlı ərazisində yerüstü piyada keçidinə çırpılan tır sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində 6 nəfər yaralanıb. Qəzada 6 nəfər yaralanarkən, hadisə anı kameraya düşüb.
Hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları cəlb edilib.
Nəqliyyatın hərəkəti müvəqqəti yol nəqliyyata bağlanıb.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
