Türkiyənin Kırıkkale şəhərində fəhlələri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
