Məzmuna keç

ABŞ-da ağcaqanaddan virusa yoluxan 1 nəfər ölüb

ABŞ-ın Nyu-Hempşir ştatında ağcaqanadlardan insanlara keçən “şərq at ensefaliti” virusuna yoluxmuş bir nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ştatın Səhiyyə və İnsan Xidmətləri Departamenti (DHHS) məlumat verib.

Məlumata görə, mərkəzi sinir sisteminin ağır simptomları səbəbiylə xəstəxanaya yerləşdirilən və virus testi müsbət çıxan xəstə vəfat edib.

Ağcaqanadlar tərəfindən yayılan virusun sonuncu dəfə 2014-cü ildə müşahidə edildiyini bildirən qurum, Massaçusets və Vermont əyalətlərinin hər birində bir nəfərdə yoluxma faktının aşkar edildiyini açıqlayıb.

Massaçusets ştatının rəsmiləri xəstəliyə qarşı mübarizə çərçivəsində Plimut və Vuster bölgələrində ağcaqanadların dərmanlanacağını açıqlayıb.

Rəsmilər bəzi bölgələrdə açıq hava tədbirlərinin qadağan edildiyini bildirib.

Şəbnəm Mehdizadə