Məzmuna keç

İtaliyada sel və torpaq sürüşmələri nəticəsində 2 nəfər itkin düşüb

İtaliyada leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 2 nəfər itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal və mərkəzi bölgələrində 2 gündür davam edən leysan yağışları bəzi əyalətlərdə sel və daşqınlara səbəb olub.

Campania bölgəsindəki San Felice a Cancello'nun Talaniko qəsəbəsində dünən günortadan sonra başlayan şiddətli yağışdan sonra torpaq sürüşməsi baş verib və 2 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışı davam edir.

Bəzi sakinlər evlərindən təxliyyə edilib.

Şəbnəm Mehdizadə