Sudanda vəba epidemiyasından ölənlərin sayı 48-ə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə 102 yeni yoluxma faktı aşkar edilib.
Bununla da ölkədə aktiv xəstə sayı 1223-ə çatıb.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklər sürətlə yayılır.
Şəbnəm Mehdizadə
