Hindistanın qərbindəki Qucarat əyalətində davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 28-ə çatıb.
E-huquq.az "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Qucarat Səhiyyə Departamenti məlumat yayıb.
Hindistan Meteorologiya İdarəsi (IMD) avqustun 25-dən güclü yağışların davam edəcəyi ilə bağlı əhaliyə xəbər edib.
Belə ki, Qucaratın 11 rayonunda qırmızı, 22 rayonunda isə sarı kodla xəbərdarlıq edilib.
17 800 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Əyalətin bəzi bölgələrində tədris prosesi iki günlük dayandırılıb.
Şəbnəm Mehdizadə
