Məzmuna keç

Banqladeşdə sel və daşqınlar zamanı 52 nəfər ölüb

Banqladeşdə leysan yağışlar zamanı baş verən sel və daşqınlarda həyatını itirənlərin sayı 52-yə çatıb.

E-huquq.az “Dhaka Tribune” qəzetinə istinadən xəbər verir ki, bu barədə Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Mulvibazar bölgəsində seldə itən şəxs hələ də tapılmayıb.

595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə xidməti vəzifələrini davam etdirir.

Ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 500 mindən çox insan müvəqqəti sığınacağa yerləşdirilib.

Şəbnəm Mehdizadə