Məzmuna keç

İzmirdə İŞİD-ə qarşı əməliyyat: 7 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçmişdə terror təşkilatının adından münaqişə bölgələrində fəaliyyət göstərən şəxsiyyəti və ünvanları müəyyən edilib.

Əməliyyat zaman Suriya vətəndaşı olan 8 şübhəlidən 7-si yaxalanıb.

Digər 1 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə