Məzmuna keç

İstanbulda fabrikdə güclü yanğın baş verib

Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az xəbər verir ki, İstanbulun Bağcılar adlı ərazisində 3 mərtəbəli toxuculuq fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə polis, xilasetmə və təcili yardım qrupları cəlb edilib.

Bir müddət sonra yanğın nəzarətə götürülüb.

Hadisə zamanı ölən və yaralanan olmasa da, fabrikə ciddi ziyan dəyib.

Ərazidə soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə