Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 173-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sel və daşqınlar ölkədə 170 mindən çox insana zərər vurub.
Daşqınlar zamanı 505 nəfər yaralanıb, 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar və daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Şəbnəm Mehdizadə
