İvan Kozhedub adına Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin təlim aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu haqda UNİAN agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin iki nəfərdən ibarət ekipajı həlak olub.
Hadisə yerində ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir.
