Məzmuna keç

Türkiyədə fabrikdə güclü yanğın olub

Türkiyədə fabrikdə güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir kiI, Kayseridə yerləşən süngər fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları göndərilib.

Yanğınla əlaqədar fabrikin işçiləri dərhal təxliyə edilib.

Təxminən 1 saat sonra yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə