Məzmuna keç

Mikroavtobus qəzaya uğrayıb, 14 polis yaralanıb

Türkiyədə mikroavtobusun yoldan çıxması nəticəsində 14 polis yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afyonkarahisar-Eskişehir yolunda sürücünün idarəetməsini itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və 14 polis əməkdaşı yüngül xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis və jandarma qrupları cəlb edilib.

Yaralılar Eskişehir Osmanqazi Universiteti (ESOGÜ) Tədris və Araşdırma Xəstəxanasına və Eskişehir Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə