Məzmuna keç

İstanbulda FETÖ-yə qarşı əməliyyatda 4 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyatda 4 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilatda fəaliyyət göstərən 4 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Prokurorluq Ümraniye, Küçükçekmece və Eyüpsultanda yaşadıqları müəyyən edilən şübhəlilər haqqında həbs qərarı çıxarıb.

Polisin həyata keçirdiyi əməliyyat zamanı şübhəlilər yaxalanıb.

Şəbnəm Mehdizadə