Türkiyənin Sivas şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sivasın Koyulhisar rayonunda fəhlələri daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 7 nəfər xəsarət alıb.
Qəza yerinə təcili yardım və polis qrupları sövq edilib.
Yaralılar Koyulhisar və Suşehri Dövlət Xəstəxanalarına aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
