- 19 Aprel 23:29
Hindistanda güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 35-ə çatıb.
E-huquq.az "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi (IMD) məlumat yayıb.
Məlumata görə, ölkənin cənubunda yerləşən Andhra Pradeş və Telangana əyalətlərində davam edən leysan yağışları ciddi fəsadlara yol açıb.
Belə ki, leysanlar zamanı Telanqana əyalətində 16, Andhra Pradeş əyalətində isə 19 nəfər həyatını itirib.
Telanqana əyalətində güclü yağışlar nəticəsində alçaq ərazilər su altında qalıb, kənd təsərrüfatı məhsullarına ziyan dəyib.
Meteorologiya İdarəsi hər iki ştatda yağışların davam edəcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə