Filippində "Yagi" tropik fırtınasından sonra baş verən sel və torpaq sürüşmələrində 14 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, fırtına dəniz və hava nəqliyyatına da mənfi təsir göstərib.
Aeroport rəsmiləri əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi daxili uçuşların dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Filippinin şimalındakı bir çox əyalətdə fırtına ilə bağlı xəbərdarlıqlar davam edir.
Şəbnəm Mehdizadə
