Məzmuna keç

ABŞ-da silahlı hücum nəticəsində 5 nəfər yaralanıb

ABŞ-ın Nyu-York şəhərində Karib Karnavalı mərasimi zamanı silahlı hücum baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücum Bruklin şəhərində tədbirin keçirildiyi məkanda baş verib.

Hücum nəticəsində 5 nəfər yaralanıb.

Onlardan birinin vəziyyəti ağırdır.

Hücum edən şəxsin 20 yaşlarında bir kişi olduğu açıqlanıb.

Hadisə yerindən qaçan hücumçu hələ də tutulmayıb.

Şəbnəm Mehdizadə