Məzmuna keç

Yunanıstana qaçmağa cəhd edən 2 FETÖ üzvü yaxalanıb

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istəyən 2 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis Ədirnə şəhərinin Meriç rayonunda əməliyyat keçirib.

Əməliyyat zamanı qanunsuz yollarla Yunanıstana getməyə çalışan 2 nəfəri saxlanılıb.

Saxlanılan şəxslərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə