Rusiya PUA-sı NATO sərhədini pozdu: Müharibə başlayacaq?


  • 8 Sentyabr 2024 19:02

Rusiyanın istifadə etdiyi İran istehsalı hərbi pilotsuz uçuş aparatı Latviya ərazisinə düşüb.

E-huquq.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs "X" platformasında məlumat verib.

"Dünən Latviyanın şərqində Rusiyaya məxsus pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Biz müttəfiqlərimizlə sıx təmasdayıq", - deyə o yazıb və NATO-nun şərq cinahında oxşar hadisələrin sayının artdığını, onların həllinin vacibliyini vurğulayıb.

Hazırda məsul xidmətlər, o cümlədən polis insidentin səbəblərini araşdırmaqda davam edir. Latviya Milli Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya PUA-sı Belarus istiqamətindən ölkənin hava məkanına daxil olub.

Hadisə ilə bağlı hökumət rəsmiləri, hüquq-mühafizə orqanları və NATO ölkələrinə məlumat verilib.

Oxşar xəbərlər