- 13 Oktyabr 23:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı açıqlama verib.
E-huquq.azz xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.
“Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur”, - o yazıb.
Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:
“19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik”.
Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:
“Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm”.