- 9 Oktyabr 23:29
Hindistanın paytaxtı Yeni Delhidə 2025-ci il yanvarın 1-dək fişəng istehsalı, satışı və istifadəsi qadağan edilib.
E-huquq.az "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib.
Rai bu qərarın paytaxtda havanın çirklənməsinin qarşısını almaq məqsədilə verildiyini bildirib.
Nazir havanın kirlənməsinin qarşısını almaq üçün vətəndaşları köməyə çağırıb.
Şəbnəm Mehdizadə