- 9 Oktyabr 23:29
Almaniyada qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması və daxili təhlükəsizliyin qorunması məqsədilə ölkənin quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarəti aparılacaq.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Faeser məlumat verib.
Nazir altı ay müddətində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə quru sərhədlərində müvəqqəti daxili sərhəd nəzarətinin aparılacağına dair Avropa Komissiyasına məlumat verildiyini bildirib.
Bu təcrübə sentyabrın 16-dan başlayacaq və 6 ay davam edəcək.
Nazir bu addımın atılmasında əsas məqsədin qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması olduğunu söyləyib.
Hazırda Polşa, Çexiya, Avstriya və İsveçrə ilə quru sərhədlərində aparılan nəzarətlər sayəsində 30 mindən çox qeyri-qanuni miqrantın geri göndərildiyini bildirən Faeser, bu nəzarətlərin Almaniyanın bütün sərhədlərində həyata keçiriləcəyini bildirib.
Şəbnəm Mehdizadə