- 9 Oktyabr 23:29
Türkiyənin Mersin şəhərində 50 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Aydıncık rayonunda qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə əməliyyat keçirilib.
Əməliyyat zamanı dəniz yolu ilə xaricə getmək istəyən 50 qeyri-qanuni miqrant yaxalanıb.
Hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
Qeyri-qanuni miqrantlar Mersin Köç İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə